Azərbaycan-Avropa Birliyinin alt kömitəsinin Bakıda iclasında iştirak

11 Fevral 2012

9-10 fevral 2012-ci il tarixlərində Kibernetika institutunun "Xarici əlaqələr və innovasiya" şöbəsinin rəhbəri Tofig Babayev Azərbaycan-Avropa Birliyinin İctimai məsələlər, Səhiyyə, Tədris, Təhsil və Gənclik, Mədəniyyət, İnformasiya Cəmiyyəti və Audiovizual Siyasət, Elm və Texnologiya üzrə birgə alt komitəsinin Bakıda keçirilən birinci iclasında iştirak etmişdir.
“Tədqiqatçıların mübadiləsi və digər üsullarla Azərbaycanda elmi tədqiqatların potensialının artırılması” bölməsində çıxış edərək Babayev Milli Təmsilçi qismində 2009-2011-ci illərdə Azərbaycanda elmi potensialın artırılması istiqamətində apardığı işlərdən, o cümlədən Avropanın Tədqiqatlar Məkanı barədə məlumatın yayılması məqsədi ilə keçirilən konfranslarvə təlimlər barədə ətraflı məlumat verdi və iclas iştirakçılarının AB-nin 7FP-çərçivə proqramları barədə suallarına cavab verdi.

“Dövlət strukturlarının rəhbər işçiləri üçün İKT-nin əsasları Akademiyası”nın1-ci və 2-ci Modulları üzrə Məlumat-Təlim sessiyasında iştirak

8 Fevral 2012

“Dövlət strukturlarının rəhbər işçiləri üçün İKT-nin əsasları  Akademiyası”nın1-ci və 2-ci Modulları üzrə Məlumat-Təlim sessiyasında iştirak Kibernetika institutunun "Xarici əlaqələr və innovasiya" şöbəsinin rəhbəri Tofig Babayev “Dövlət strukturlarının rəhbər işçiləri üçün İKT-nin əsasları  Akademiyası”nın1-ci və 2-ci Modulları üzrə Məlumat-Təlim sessiyasında iştirak etmişdir. Təlim 6-7 fevral 2012-ci il tarixlərində Bakıda BMT-nin Asiya və Sakit Okean üzrə İnkişaf üçün İKT Tədris Mərkəzinin/Asiya və Sakit Okeanda İqtisadi və sosial məsələlər üzrə komissiyanın (UN-APCICT/ESCAP) və Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət qulluğu məsələləri üzrə Komissiyasının birgə təşkilatçılığı ilə keçirilmişdir.
6 fevralda keçirilən məlumat sessiyasında T.Babayev Akademiyanın 9-cu (Fəlakət zamanı risklərin idarə edilməsi) və 10-cu(İKT və iqlim dəyişkinliyi) Modulları üzrə təqdimat etmişdir. AMEA-nın Kibernetika İnstitutu tərəfindən işlənən anomal seysmik proseslərin monitorinqini həyata keçirən RNM ASP stansiyaları şəbəkəsi və baş verəcək zəlzələlərin vaxtının müəyyən edilməsi üçün yaradılmış monitorinq sisteminin fəaliyyəti Azərbaycanda təbii fəlakət zamanı risklərin idarə edilməsində İKT-dən istifadənin nümunəsi kimi nümayiş etdirilmişdir.

Doktorluq dissertasiyasının müzakirəsi

1 Fevral 2012

Doktorluq dissertasiyasının müzakirəsi 27.01.12- ildə Kibernetika İnstitutunun D 01.121 Doktorluq Dissertasiyalarının müdafiəsi Şurasında, professor R.Ş.İsmayılovun elmi məsləhəti ilə P.F.Qəhrəmanovun 05.13.18 - Riyazi modelləşdirmə, ədədi üsullar və proqram kompleksi ixtisası üzrə riyaziyyat üzrə elmlər doktoru alimlik dərəcəsi almaq üçün yerinə yetirdiyi “İkifazlı sistemlərin hidrodinamikasının və istilikkütlə mübadilə proseslərinin riyazi modelləşdirilməsi” mövzusunda doktorluq dissertasiya işinin müdafiəsi keçirilmişdir.

PICTURE layihəsinin açılış iclasında iştirak

27 Yanvar 2012

PICTURE layihəsinin açılış iclasında iştirak 26-27 yanvar 2012-ci il tarixlərində Kibernetika institutunun "Xarici əlaqələr və innovasiya" şöbəsinin rəhbəri Tofig Babayev Fransanın Nitsa şəhərində PICTURE layihəsinin açılış iclasında layihə iştirakçısı olan Kibernetika institutunu təmsil etmişdir. PICTURE layihəsinin əsas məqsədi İKT tədqiqatlarına və İKT-nin inkişafı sahəsində aparılan siyasətə dair ölkələrarası danışıqların və əməkdaşlığın daha yüksək səviyyəyə qaldırılmasıdır.
İclasda Avropa Birliyi ilə Şərqi Avropa və Mərkəzi Asiya (ŞAMA) ölkələri arasında elmi-texniki əməkdaşlığın genişləndirilməsi yolları araşdırılmış, PICTURE çərçivəsində Pilot layihələrin həyata keçirilməsi üçün mövzuların seçilməsi və mövzular üzrə İşçi Qrupların yaradılması müzakirə edilmişdir. İclas iştirakçıları layihə üzrə 9 aylıq iş planını təsdiq etdilər.

Fəlsəfə doktorluğu dissertasiyasının müzakirələri

24 Yanvar 2012

Fəlsəfə doktorluğu dissertasiyasının müzakirələri 24.01.12- ildə Kibernetika İnstitutunun D 01.121 Dissertasiya Şurasının Elmi Seminarında texnika üzrə fəlsəfə doktoru alimlik dərəcəsi almaq üçün 05.13.01 - “Sistemli analiz, idarəetmə və informasiyanın tətbiqi ixtisası üzrə Kambiz Manouchehr oğlu Majidzadehin “Naməlum sərhədli optimal idarəetmə məsələlərinin tətbiqi” və 05.13.06 - Texnoliji proseslərin və istehsalın avtomatlaşdırılması və idarə olunması ixtisası üzrə Pərviz Sayəddin oğlu Cəfərovun “Qeyri-səlis dinamik obyektlər üçün idarəedicilərin (tənzimləyicilərin) sintezi” mövzusunda yerinə yetirdikləri dissertasiya işlərinin müzakirəsi keçirilmişdir.

Doktorluq dissertasiyasının müzakirəsi

19 Yanvar 2012

Doktorluq dissertasiyasının müzakirəsi 19.01.2012-ci ildə Kibernetika İnstitutunda “Determenik sistemlərdə qərarqəbuletmənin ədədi üsullаrı”, “Texniki və ekoloji sistemlərin riyazi modelləşdirilməsi və proqnozlaşdırılması”, “Kənd təsərrüfatında modelləşdirmə və idarəetmə problemləri”“Texnoloji avadanlıqların və qurğuların etibarlılığının qiymətləndirilməsi və proqnozlaşdırılması” laboratoriyalarının birləşmiş seminarı keçirilmişdir. Seminarda, r.e.d. K.R.Aydazadənin rəhbərliyi ilə C.A.Əsədovanın 05.13.18- Riyazi modelləşdirmə, ədədi üsullar və proqram kompleksləri ixtisası üzrə yerinə yetirdiyi “Boru kəməri nəqliyyatı sistemlərində keçid proseslərinin tədqiqatının ədədi üsulları və optimal idarə edilməsi” mövzusunda fəlsəfə doktoru elmi dərəcəsini almaq üçün dissertasiya işinin müzakirəsi keçirilmişdir.

20 Yanvar faciəsinin anım günü qeyd edildi

18 Yanvar 2012

20 Yanvar faciəsinin anım günü qeyd edildi 18.01.2012-ci ildə Kibernetika İnstitutunda Azərbaycanın azadlığı və ərazi bütövlüyü uğrunda mübarizə tarixinə qəhrəmanlıq səhifəsi kimi daxil olmuş 1990-cı ilin 20 Yanvar faciəsinin anım günü qeyd edildi. İclasda İnstitutun direktoru, akademik T.A.Əliyev, müxbir üzv A.H.Hacıyev, professorlar M.A.Quliyev, O.Q.Nüsrətov, K.Ş.Məmmədov, dosent G.G.Abdullayeva və başqaları 1990-cı ilin yanvar qırğını haqqında şahidi olduqları hadisələri danışdılar və qeyd etdilər ki, Qanlı yanvar günü nə qədər faciəli olsa da, Azərbaycan xalqının iradəsini, milli azadlıq uğrunda mübarizə əzmini qıra bilmədi. Həmin müdhiş gecədə həlak olan vətən oğulları Azərbaycanın tarixinə parlaq səhifə yazdılar, xalqın milli azadlığı, müstəqilliyi üçün yol açdılar. Bu qanlı hadisələrdən illər keçməsinə baxmayaraq, xalqımız o müdhiş gecəni daim xatırlayır, bu faciəni törədənlərə öz dərin nifrətini bildirir. Xalqımızın qan yaddaşında əbədi yaşayacaq 20 Yanvar faciəsini İnstitutun əməkdaşları hər il ümumxalq hüzn günü kimi qeyd edir.


Назад Вперед
                                            


 

Sayt Azərbaycan Milli Elmlər Akademiyası Kibernetika İnstitutuna aiddir.
Bütün Hüquqlar Qorunur © 2010-2011